Kişilərdə qarın piylənməsi demensiya riskini 50% artırır
Sağlamlıq
09.07.2025 19:45
Qarın bölgəsində yığılan piy toxuması yaşlı kişilərdə demensiya riskini əhəmiyyətli dərəcədə artırır.
TodayPress TV xəbər verir ki, bu nəticə “Alzheimer & Dementia” (A&D) jurnalında dərc olunan genişmiqyaslı elmi tədqiqatda yer alıb.
Tədqiqatda Avstraliya və ABŞ-dən olan 65 yaşdan yuxarı 17 minə yaxın insan iştirak edib. Onlar araşdırmanın əvvəlində sağlam olsalar da, davamlı aparılan koqnitiv testlər nəticəsində müəyyən edilib ki, qarın bölgəsində artıq piy toplanan kişilərdə yaddaş zəifliyi, düşünmə sürətinin azalması və reaksiyanın zəifləməsi daha çox müşahidə olunur.
Qadınlarda isə bu cür əlaqə qeydə alınmayıb. Alimlər bildirir ki, demensiyanın inkişaf riski bədən quruluşuna deyil, piyin yerləşmə nöqtəsinə bağlıdır. Belə ki, ümumi bədən çəkisi yüksək olsa da, qarında piylənmə olmayan şəxslərdə zehni qocalma prosesi daha yavaş gedir.
Qiymət Mahir
tag: Qarın ,Piy,Qadın,Kişi,Todaypress.tv,