Dünya üzrə duz və şəkər istehlakı təhlükəli həddə çatdı
Sağlamlıq
27.10.2025 07:00
Dünya miqyasında aparılan araşdırmalar göstərir ki, insanların duz və şəkərdən istifadəsi normadan xeyli artıqdır.
Bu barədə TodayPress TV xarici KİV-ə istinadla məlumat verib.
Mütəxəssislərin sözlərinə görə, bir çox ölkələrdə insanlar həkimlərin tövsiyə etdiyindən orta hesabla 2,5 dəfə çox duz, 4 dəfə isə çox şəkər qəbul edirlər. Bu isə ürək-damar xəstəlikləri, artıq çəki və diabet riskini artırır.
Araşdırmalar həmçinin göstərir ki, ət istehlakı bir qədər çox, balıq istehlakı isə azdır. İnsanlar gündəlik qidalanmada meyvə və tərəvəzə də kifayət qədər yer vermirlər.
Mütəxəssislər duz və şəkərin miqdarını azaltmağı, daha çox balıq, təzə meyvə və tərəvəz yeməyi, ümumilikdə balanslaşdırılmış qidalanmaya üstünlük verməyi tövsiyə edirlər.
Türkan İsgəndərli
tag: Duz,Şəkər,İstehlak,Dünya,Todaypress.tv,
