Gənclər niyə qəfil ürək dayanmasından ölürlər?
Sağlamlıq
03.06.2025 19:30
Gənclər arasında ölüm hallarının təxminən 25%-i qəfil ürək dayanması ilə bağlıdır.
TodayPress TV xəbər verir ki, bu narahatedici statistika Avropa Kardiologiya Cəmiyyətinin (ESC) son elmi konqresində təqdim edilib.
Mütəxəssislər qeyd ediblər ki, qəfil ürək dayanması hallarının böyük əksəriyyəti təxminən 23 yaşlı kişilər arasında qeydə alınıb. Bu şəxslərin çoxu öncədən heç bir simptom hiss etməyib. Yalnız üçdə biri baş gicəllənməsi, qıcolmalar, ürəkdöyünmə, ürəkbulanma və ya infeksiya əlamətləri ilə həkimə müraciət edib.
Qəfil ürək dayanmasının səbəblərinin dəqiq müəyyən olunmasının çətindir. Risk amilləri arasında irsiyyət, xroniki xəstəliklər, zərərli vərdişlər və artıq çəki xüsusi yer tutur.
Həkiminlərin sözlərinə görə, peşəkar idmançılar da risk altındadır, çünki uzunmüddətli və ağır fiziki yüklənmələr bəzən gizli ürək xəstəliklərinin inkişafına səbəb ola bilər.
Qiymət Mahir
tag: Gənc,Ölüm,Ürək dayasnması,Riski,todaypress.tv,