Bu ilin doqquz ayında 114 körpənin topuq testi müayinəsi pozitiv çıxıb

Sağlamlıq

28.10.2025 12:20

Bu ilin doqquz ayı ərzində Yeni Klinikada 847 min 644 topuq testi müayinəsi aparılıb, onlardan 114-nün cavabı pozitiv çıxıb.

Bu barədə TodayPress TV-yə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, müayinələrdən keçən yeni doğulanların sayı 169 min 529 olub.

Qeyd edək ki, bu, yeni doğulmuş körpələrdə aparılan laborator analizdir. Bunun vasitəsilə irsi və metabolik xəstəliklər (məsələn, fenilketonuriya, hipotiroidizm, qlükoza pozğunluğu və s.) erkən aşkarlanır.

Topuq testi yenidoğulmuşların topuq nahiyəsindən qan nümunəsi götürülməklə həyata keçirilir. Qan nümunəsi vaxtında doğulan və qidalanmağa başlayan uşaqlardan doğuşdan iki gün, vaxtından tez doğulan uşaqlardan isə bir həftə sonra götürülür.

TodayPress TV

tag: TƏBİB,Körpə,Topuq testi,Pozitiv,Todaypress.tv,

photo
photo
photo
photo