Tüberküloz bakteriyası immuniteti aldadır
Sağlamlıq
22.09.2025 01:05
Çin alimləri müəyyən ediblər ki, "Mycobacterium tuberculosis" (Mtb) immun sistemi aldatmağı bacarır və iltihab siqnalını vaxtında bloklayır.
TodayPress TV xəbər verir ki, "Cell Reports" jurnalında dərc olunan araşdırmaya görə, bakteriya "PknG" adlı zülal ifraz edir.
Bu zülal immunitetin əsas müdafiə mexanizmi olan "NLRP3" zülalını məhv edir. Normalda "NLRP3" hüceyrələrdə infeksiyanı ilk aşkarlayan sensor rolunu oynayır və immun reaksiyanı işə salır.
"PknG" hüceyrədaxili "LUBAC" kompleksinin işini pozur, "HOIL-1L" adlı zülalı yanlış istiqamətləndirir və nəticədə "NLRP3" “məhv edilməli” kimi işarələnir. Beləliklə, əsas sensor sıradan çıxır və immun sistem tüberküloza cavab verə bilmir.
Alimlər bildirirlər ki, bu mexanizm tüberkülozun niyə xroniki formaya keçdiyini izah edir. Tapıntı yeni müalicə üsullarının hazırlanmasına kömək edə bilər.
Qiymət Mahir
tag: Tüberküloz ,Çin ,NLRP3,Sağlamlıq,Todaypress.tv,
