Bioloji yaşı 10 il cavanlaşdırmaq olar

Sağlamlıq

26.06.2025 20:00

Milyonlarla dollar xərcləmədən və riskli prosedurlara əl atmadan bioloji yaşı azaltmaq mümkündür.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Mütəxəssislər ilk növbədə qidalanma vərdişlərinin dəyişdirilməsinin vacib olduğunu deyiblər.Əsas məqsəd pəhriz saxlamaq yox, rasionu maksimum dərəcədə müxtəlifləşdirməkdir.

“Menyuya daha çox tərəvəz, göyərti, müxtəlif növ balıqlar və dənli bitkilər əlavə edin. Sadə prinsip işləyir: nə qədər çox faydalı məhsul yeyirsinizsə, zərərli qidalara o qədər az yer qalır”, – deyə vurğulanıb.

Nəşr əlavə edib ki, orqanizmdə şəkər səviyyəsinin kəskin dəyişmələrinin qarşısını almaq da vacibdir. Bunun üçün hər əsas yeməyə proteinli məhsullar əlavə etmək tövsiyə olunur. Qida balanslı olarsa – yəni tərkibində zülal, yağ, karbohidrat və lif olarsa, qan şəkərində sıçrayışlar baş verməz.

Qiymət Mahir

tag: Qidalanma,Qida,Şəkər,Tərəvəz,Todaypress.tv,