Dietoloqlardan xəbərdarlıq: Məşhur pəhriz sağlamlığa zərər vurur

Sağlamlıq

28.06.2025 17:50

Dünyada ən çox bilinən pəhrizlərdən biri olan interval aclıq sağlamlığa zərər verə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə rusiyalı diyetoloqlar xəbərdarlıq edib.

Bildirilib ki, uzun müddət ərzində qida qəbul etməmək orqanizmdə vacib qida maddələrinin çatışmazlığına səbəb ola bilər. Eyni zamanda, aclıqdan yaranan stress orqanizmdə kortizol hormonunun ifrazını artırır. Mütəxəssis qeyd edib ki, interval aclıq zamanı bir çox insanda qanda qlükoza səviyyəsində kəskin dalğalanmalar müşahidə olunur. Halbuki, müntəzəm qida qəbulu qan şəkərinin sabit qalmasına kömək edir.

Diyetoloqlar əlavə edib ki, tez-tez və az-az qida qəbulu maddələr mübadiləsini sürətləndirə bilər, əksinə, interval aclıq onu ləngidir. “Biz qidanı müntəzəm qəbul etdikdə, orqanizm onu daha yaxşı mənimsəyir və enerjiyə çevirir”, - deyə bildirilib.

Bundan əlavə, gün ərzində az miqdarda və tez-tez qida qəbul edildikdə, həzm sistemi daha səmərəli işləyir və bu da ürəkbulanma, köp və digər mədə-bağırsaq problemlərinin qarşısını alır.

Sonda mütəxəssislər xəbərdarlıq edib ki, interval aclıq bəzi insanlarda narahatlıq, qidaya qarşı mənfi yanaşma və hətta qida davranış pozuntularına səbəb ola bilər.

Töhfə Səməd

tag: Aralıqlı oruc,İnterval,Diyetoloq,Todaypress.tv,