Bədən kütləsi indeksi çoxdursa... - XƏBƏRDARLIQ
Sağlamlıq
01.07.2025 19:30
Avropa Tibb Mərkəzinin mütəxəssisləri bədən kütləsi indeksi (BMI) 27-dən az olan insanlarda çəkini azaltmaq üçün həyat tərzində dəyişikliklərin effektiv olduğunu bildirir.
TodayPress TV xəbər verir ki, bu kateqoriyadakı şəxslərə sağlam qidalanma və fiziki fəaliyyətin artırılması, gündəlik kalori qəbulunun 500-700 kalori azalması tövsiyə olunur.
Fiziki fəaliyyət həftədə ən az 150-200 dəqiqə, yəni gündə təxminən 30 dəqiqə olmalıdır. Oruc tutmaqdan çəkinmək məsləhət görülür.
BMI 27-dən yuxarı və ya 30 və daha yüksək olan insanlarda isə əlavə müalicə variantları, o cümlədən dərman müalicəsi lazım ola bilər. Bu, piylənmənin yaratdığı metabolik problemlərin qarşısını almağa kömək edir.
Piylənmə ilə mübarizədə davranış terapiyası və psixoterapevtik dəstəyin də önəmi vurğulanır, çünki çəki artımı çox vaxt psixo-emosional problemlər və stresslə əlaqədar yemək pozğunluqları ilə bağlı olur.
Mütəxəssislər piylənmənin səbəblərini düzgün müəyyən etmək üçün endokrinoloqa müraciət etməyi və müalicə planını ona uyğun təyin etməyi tövsiyə edir. Eyni zamanda, piylənmənin fəsadlarının olub-olmaması da diqqətlə qiymətləndirilməlidir.
Türkan İsgəndərli
tag: Çəki,Piy,Bədən,Kütlə,Todaypress.tv,