Artriti əvvəldən müəyyən etmək olar

Sağlamlıq

29.09.2025 19:15

San Dieqodakı Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, romatoid artrit (RA) xəstəliyi klinik əlamətlər ortaya çıxmazdan illər əvvəl başlayır.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Science Translational Medicine" jurnalında dərc olunub.

Alimlər yeddi il ərzində "RA" riski yüksək olan şəxsləri müşahidə ediblər. Bu şəxslərin qanında romatoid artritin əsas biomarkeri sayılan "CCP" antikorları mövcud idi. Nəticələr göstərib ki, oynaqlarda ağrı və şişkinlik başlamazdan çox əvvəl immun sistemində dərin dəyişikliklər baş verir.

İmmunitet hüceyrələri tədricən bədənin öz toxumalarına qarşı reaksiya verməyə başlayır.

Tədqiqat zamanı bütün orqanizmdə gizli, sistemli iltihabın formalaşdığı aşkar edilib. Bu iltihab hələ ki, görünən simptomlar verməsə də, "RA"nın aktiv fazasına keçid üçün zəmin yaradır. Alimlər bu prosesi simptomlar ortaya çıxmazdan əvvəl daxildən dəyişən "vulkan"a bənzədiblər.

Araşdırmanın nəticələri "RA"nın erkən diaqnostikası və qarşısının alınması üçün yeni imkanlar açır. 

Türkan İsgəndərli

TodayPress TV 

tag: Romatoid,Xəstəlik,İmmunitet,Tədqiqat,Todaypress.tv,