İtlər qoxu vasitəsilə bəzi xəstəlikləri aşkar edə bilir

Sağlamlıq

22.07.2025 17:07

İngiltərədə aparılan tədqiqat bəzi itlərin parkinson xəstəliyini qoxu vasitəsilə ayırd edə bildiyini ortaya qoyub.

TodayPress TV xəbər verir ki, bu barədə "Journal of Parkinson’s Disease" məlumat yayıb.

Belə ki, araşdırma zamanı "Golden Retriever" və "Labrador" cinsindən olan iki it parkinson xəstələrindən götürülmüş dəri nümunələrini qoxulayaraq sağlam insanlardan fərqləndiriblər. Bu proses “ikiqat kor” metodu ilə — həm itlərin, həm də təlimçilərin nümunələrin kimə aid olduğunu bilmədiyi şəraitdə aparılıb.

Mütəxəssislər bildirib ki, itlərin xəstəliyi düzgün aşkarlama nisbəti 70-80% arasında dəyişir. Bu isə olduqca yüksək nəticədir. Tədqiqat parkinsonun qoxu ilə müəyyən edilə bilən biomarkeri olduğunu göstərir.

Töhfə Səməd

tag: İngiltərə,İt,Qoxu,Golden Retriever,Labrador,Todaypress.tv,