Alzheimer üçün ilk qan testi təsdiqləndi
ABŞ Qida və Dərman Administrasiyası “Fujirebio Diagnostics” şirkətinin hazırladığı qan testinə icazə verib.
TodayPress TV xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, test Alzheimer xəstəliyini erkən mərhələdə aşkar etməyə kömək edəcək.
Test qanda iki zülalın nisbətini ölçür. Bu nisbət beyində Alzheimerə səbəb olan dəyişiklikləri – amiloid yığınlarını göstərir. Əvvəllər bunu yalnız beyin tomoqrafiyası və ya onurğa mayesi ilə müəyyən etmək mümkün idi.
Yeni test yalnız yaddaş və düşünmə zəifliyi olan şəxslərə tətbiq olunur. Nəticələr digər tibbi məlumatlarla birlikdə dəyərləndirilir.
Hazırda ABŞ-də Alzheimer üçün təsdiqlənmiş iki dərman – lekanemab və donanemab var. Onlar xəstəliyin gedişatını ləngidə bilir.
Qiymət Mahir
tag: Alzheimer ,ABŞ ,Qan testi,Elm,todaypress.tv,