Mehmet Nuri Ersoy: “Türk filmlərini 170 ölkədə 1 milyard insan izləyib”

Mehmet Nuri Ersoy: “Türk filmlərini 170 ölkədə 1 milyard insan izləyib”
21.08.2025 22:29 Mədəniyyət

Türkiyənin Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy, İstanbulun Beykoz rayonundakı Bozdağ Filmi ziyarət edərək, Türk filmlərinin  dünya səhnəsində əldə etdiyi böyük uğurlar haqqında danışıb.

TodayPress TV xəbər verir ki, türk filmlərinin dünya miqyasında son 20 ildə əldə etdiyi böyük uğurları diqqətə çatdıran nazir, bu gün Diriliş Ertuğrul, Kuruluş Osman, Destan və Ateş Kuşları kimi layihələrin yalnız Türk izləyiciləri ilə kifayətlənməyib, eyni zamanda 170-dən çox ölkədə 1 milyarddan çox izləyiciyə çatdığını vurğulayıb. Bu dizilərin, artıq klassik reklam metodlarından daha təsirli bir tanıtım vasitəsinə çevrildiyini qeyd edib.

Ersoy, dünyada xüsusilə Amerika ilə yanaşı, Türkiyənin də yaxın rəqib kimi tanındığını bildirib:

“Türkiyə, dünya üzrə ən güclü  film bazarlarından birinə sahibdir və bu sahədəki gücü ilə tanınır,” – deyə Nazir qeyd edib.

“Filmlər vasitəsilə həmçinin turistlərə daha təsirli şəkildə çata bilirik. Bu, yalnız reklam deyil, eyni zamanda Türkiyənin gözəllikləri, mədəniyyəti və cazibədar məkanları ilə tanış olmaq istəyənlər üçün bir fürsət yaradır,” – deyə Ersoy bildirib.

Nazir  son 10 ildə Türk filmlərinin tanıtımda ciddi şəkildə istifadə edildiyini vurğulayıb və bunların turizm sahəsində də böyük təsir göstərdiyini bildirib. O, bu ilin əvvəlində, Antalya və İstanbul haqqında çəkilən mini-dizilərin 1,5 milyard görüntüləmə aldığını qeyd edib.

“Bu cür layihələr vasitəsilə artıq Türk diziləri ilə daha geniş bazarlara, xüsusilə hədəf ölkələrimizə çatmaq istəyirik,” – deyə Nazir əlavə edib.

XƏBƏR LENTİ
31 MAY 2026
ABŞ bunu qəti şəkildə qəbul etmir - Trampdan açıqlama 09:15 Londonda polis muzeyə gələn ziyarətçiləri təxliyə etdi - SƏBƏB 09:11 Qara dənizdə qorxulu mənzərə: Sahil qəhvəyi rəngə boyandı 00:24 Müharibədə robotların rolu artır - ilk sınaqlar keçirildi 01:04 Təlim keçmiş it vitse-admirala hücum etdi 00:41 Livanın Baş naziri atəşkəsə çağırdı: "Yandırılmış torpaq siyasəti İsrailə təhlükəsizlik gətirməyəcək" 00:03 “Simmetrik cavab veriləcək” - Medvedev xəbərdarlıq etdi 00:59 Azərbaycanın bədii gimnastları Avropa çempionatında iştirak etdilər 00:45 Finalın ən yaxşı oyunçusunun adı AÇIQLANDI 00:26 Kiyevdə gün ərzində ikinci dəfə hava həyəcanı siqnalı 00:33 Rostovda PUA hücumu: Neft bazasında yanğın baş verdi - VİDEO 00:55 Gözlənilməz qərar: UEFA "Turan Tovuz"u Konfrans Liqasından kənarlaşdırdı 00:50 Gəncə - Sankt-Peterburq uçuşları bərpa edildi 00:36 PSJ-nin Parisdəki azarkeşləri qələbəni bu cür "qeyd edirlər" - VİDEO 00:17 Nigeriyada vəba sürətlə yayılır: 3 mindən çox yoluxma var 23:46 Masazırın bir hissəsində işıq olmayacaq 23:15 Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış etdi 23:10 ABŞ və İran arasındakı gizli memorandumun DETALLARI məlum oldu 22:59 PSJ ikinci dəfə Çempionlar Liqasının qalibi oldu 20:07 Cozef Qomes “Liverpul”dan ayrılmayacaq 22:44 İsrail ordusu "Hizbullah"ın intensiv zərbələrinə hazırlaşır 22:18 "İctimai detallar olmadan..." – Zelenski hansı vacib danışıqlardan bəhs edir? 22:11 Livanda ölənlərin sayı 3 371 nəfərə çatdı 21:56 Azərbaycanın ABŞ-dəki səfirliyi Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil etdi 21:44 Təl-Əvivdə etiraz aksiyası - yüzlərlə insan toplaşdı 21:28 Bütün Xəbərlər