Yuxunu niyə yadda saxlaya bilmirik?
Maraqlı
11.12.2025 19:30
Elm sübut edir ki, insan hər gecə yuxu görür, lakin çoxları oyanan kimi gördüklərini dərhal unudur.
TodayPress TV xəbər verir ki, yuxular əsasən sürətli yuxu fazasında yaranır və bu mərhələdə beynin aktivliyi demək olar ki, oyaqlıq səviyyəsinə çatır.
Məhz bu faza emosiyaların emalı, xatirələrin möhkəmləndirilməsi və gün ərzində baş verən hadisələrin təhlili üçün böyük əhəmiyyət daşıyır.
Ancaq yuxuları yadda saxlamamağa bir neçə amil təsir edir. Bunlar yuxunun dərinliyi, gecə ərzində oyanma tezliyi, psixoloji gərginlik və hətta genetik xüsusiyyətlərdir. Yuxusu yüngül olan insanlar yuxularını daha çox xatırlayır, çünki onlar tez-tez məhz sürətli yuxu fazasında oyanırlar.
Dərin yuxu mərhələsində isə görüntülərin yadda qalma ehtimalı xeyli azalır. Yuxuların uzun müddət yadda saxlanmaması dərman qəbulu, sürətli yuxu fazasının qısalması və ya emosional gərginliyin aşağı olması ilə əlaqəli ola bilər.
Türkan İsgəndərli
tag: Yuxu,Yatmaq,Beyin,Faza,Todaypress.tv,
