Yeni kəşf olunan kometa Günəşə düşməyəcək

Maraqlı

12.03.2026 19:30

Bu ilin əvvəlində kəşf edilən C/2026 A1 (MAPS) kometası 4 aprel tarixində Günəşə düşməyəcək.

TodayPress TV xəbər verir ki, bu barədə Ka-Dar rəsədxanasının elmi rəhbəri, astronom Stas Korotki bildirib.

Onun sözlərinə görə, kometa Günəşə çox yaxın məsafədən keçəcək, lakin onun üzərinə düşməyəcək və ehtimal ki, Günəş tacında buxarlanacaq.

Astronom qeyd edib ki, kometanın Günəşin mərkəzinə minimum məsafəsi təxminən 857 min kilometr olacaq. Günəşin radiusu isə 696 min kilometrdir, yəni kometa Günəşdən təxminən 161 min kilometr məsafədə keçəcək.

Korotki əlavə edib ki, kometa 4 aprel saat 17:19-da (Moskva vaxtı ilə) Günəşə ən yaxın nöqtədən keçəcək.

Qeyd edək ki, C/2026 A1 (MAPS) kometası 13 yanvar 2026-cı ildə Çilidə kəşf edilib. Alimlərin fikrincə, kometanın nüvəsi təxminən 1 kilometr ölçüsündədir və Günəşə yaxınlaşarkən parçalanma ehtimalı da var.

Qiymət Mahir

tag: C/2026 A1 ,MAPS,Kometa, Günəş,TodayPress TV,