Yaponlar dünyanın ən nazik şokoladını hazırladılar

Yaponlar dünyanın ən nazik şokoladını hazırladılar
19.06.2026 05:00 Maraqlı

Yaponiyanın paytaxtı Tokioda dünyanın ən nazik şokolad plitəsi hazırlanıb. Bu şirniyyatın qalınlığı cəmi 0.03 millimetrdir.

TodayPress TV xəbər verir ki, bu barədə "Oddity Central" nəşri məlumat yayıb.

"Corteccia" adlanan bu eksklüziv desert Tokioda fəaliyyət göstərən "MATTE Bottega del Cioccolato" qənnadı evi tərəfindən istehsal olunur.

Məhsulun hazırlanması üçün düz bir il yarım vaxt sərf edilib. Görünüşünə görə ağac qabığını xatırladan bu şirniyyat silindrik formada bükülüb. Belə bir incəliyi əldə etmək üçün şokoladı həddindən artıq nazik təbəqə halında presləyə bilən xüsusi bir maşından istifadə olunub. Həmin avadanlıq yerli texnika mütəxəssislərinin birgə əməyi sayəsində ərsəyə gəlib.

İstehsalçıların əsas məqsədi bənzərsiz bir tekstura yaratmaq olub: şokolad dilə dəyən kimi dərhal əriməlidir.

TodayPress TV

XƏBƏR LENTİ
19 IYUN 2026
Bütün Xəbərlər