Üzüm yeməyin FAYDALARI

Üzüm yeməyin FAYDALARI
26.07.2026 07:14 Maraqlı

Mütəxəssislər üzümün sağlamlığa faydalarını açıqlayıblar.

TodayPress TV xəbər verir ki, “Health” nəşrinin yaydığı məlumata görə, üzüm ürək sağlamlığını dəstəkləyir, yaddaşı, görmə qabiliyyətini və yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

Mütəxəssislər bildiriblər ki, üzümün tərkibindəki antioksidantlar ürək-damar sistemini qoruyur, beyin fəaliyyətini dəstəkləyir və immuniteti gücləndirir. Həmçinin meyvənin tərkibində olan melatonin daha keyfiyyətli yuxuya kömək edə bilər.

Bununla yanaşı, ekspertlər xəbərdarlıq ediblər ki, üzümə qarşı allergiyası olan şəxslər və həddindən artıq üzüm istehlak edənlərdə həzm problemləri yarana bilər.

XƏBƏR LENTİ
26 IYUL 2026
Bütün Xəbərlər