Tesla sahibi: “Elektromobil haqqında düşündüklərimin hamısı yanlış çıxdı”

Tesla sahibi: “Elektromobil haqqında düşündüklərimin hamısı yanlış çıxdı”
27.07.2026 04:25 Maraqlı

ABŞ-nin Ayova ştatında yaşayan və Tesla avtomobili ilə 160 mindən çox kilometr yol qət edən bloger elektromobillərlə bağlı fikirlərinin tamamilə dəyişdiyini bildirib.

TodayPress TV xəbər verir ki, o, əvvəllər şarj müddəti, yürüş ehtiyatı və batareyanın ömrü ilə bağlı narahatlıqlar yaşadığını, lakin beş ildən çox istifadə təcrübəsindən sonra bu qorxuların əsassız olduğunu deyib.

Blogerin sözlərinə görə, elektromobilin ən böyük üstünlüyü yanacaqdoldurma məntəqələrinə getməyə ehtiyac qalmamasıdır. O əlavə edib ki, avtomobili gecə şarja qoşur və səhər tam hazır vəziyyətdə istifadə edir.

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər