Səudiyyə Ərəbistanı dəvələr üçün pasport tətbiqinə başladı
Maraqlı
10.02.2026 18:45
Səudiyyə Ərəbistanı hakimiyyəti yerli sakinlərin dəvələrinə pasport verməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə krallığın Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, nazir müavini heyvandarlıq sənayesinin səmərəliliyini artırmaq və dəvələrin məlumat bazasını yaratmaq məqsədilə dəvə pasportunu təqdim edib.
Dəvə pasportu heyvan haqqında ətraflı məlumatları, o cümlədən cinsini, sahibinin məlumatlarını və sağlamlıq tarixçəsini əks etdirəcək. Həmçinin hər bir dəvənin peyvənd məlumatları da sənəddə yer alacaq, bu da yoluxucu xəstəliklərin yayılmasının monitorinqini asanlaşdıracaq.
Nazirlik bildirir ki, bu sənədləşdirmə mülkiyyət hüququnun təsdiqini asanlaşdıracaq və fermerlərin seçim prosesini daha səmərəli edəcək.
Türkan İsgəndərli
tag: Ərəbistan,Pasport,Dəvə,Heyvan,Todaypress.tv,
