Sednanın araşdırılması üçün iki kosmik missiya təklif edildi

Maraqlı

30.06.2025 04:00

İtaliyanın Bari Politexnik Universitetinin alimləri Günəş sisteminin kənarında yerləşən Sedna adlı cırtdan planetin öyrənilməsi üçün iki yeni missiya planı hazırlayıb.

TodayPress TV xəbər verir ki, araşdırma “arXiv” elmi portalında dərc olunub. 

Sedna Günəş ətrafında tam dövrəni 11 min ilə başa vurur və 2075–2076-cı illərdə Günəşə ən yaxın nöqtəyə çatacaq. Alimlər bu nadir fürsətdən istifadə etməyi təklif edirlər.

Birinci təklif – termonüvə mühərrikli kosmik gəmi göndərməkdir. Belə aparat Sednaya 10 ilə çata bilər.

İkinci təklif – termodesorbsiyalı günəş yelkəni ilə Yupiterin cazibəsindən istifadə edərək 7 ilə Sednaya yaxınlaşmaqdır. Lakin bu üsulla gəmi planetin orbitinə daxil ola bilməyəcək, sadəcə yanından keçəcək.

Termonüvə mühərriki hələ nəzəri səviyyədədir, lakin günəş yelkəni texnologiyası daha real sayılır.

Alimlər xəbərdarlıq edirlər ki, bu missiya yaxın onilliklərdə baş tutmasa, Sednanı öyrənmək üçün növbəti imkan min illər sonra olacaq.

Qiymət Mahir

tag: Sedna,Günəş,Planet,Dünya,Todaypress.tv,