Marsın qoxusu müəyyənləşdi

Maraqlı

03.06.2025 18:40

NASA-nın alimləri müəyyən ediblər ki, Marsın nüvəsi Yerinkindən daha sürətlə, yalnız bir neçə milyon il ərzində formalaşıb. 

TodayPress TV xəbər verir ki, bu prosesdə ərimiş dəmir və nikel sulfidləri qatı süxurlar arasından planetin mərkəzinə sızaraq nüvənin sürətli yaranmasına səbəb olub.

Adətən planet nüvələrinin formalaşması milyardlarla il çəkir, ağır elementlər tədricən mərkəzə doğru hərəkət edir. Lakin Mars meteoritlərinin tərkibi göstərir ki, Qırmızı Planetin nüvəsi Günəş sisteminin yaranmasından dərhal sonra yaranıb.

Alimlər eksperimentlərdə kükürdlə zəngin süxurları yüksək temperaturda əridərək dəmir və nikel sulfidlərinin nüfuzunu təqlid ediblər. Bu, meteoritlərdəki platin metallarının paylanması ilə üst-üstə düşüb və belə bir nüvənin formalaşmasının mümkünsüz olmadığını sübut edib.

Kəşf Mars nüvəsinin kükürdlə zəngin olduğunu və ona xarakterik “çürük yumurta” qoxusu verdiyini göstərir. Bu nəticələr planetlərin təkamülünü və maqnit sahələrinin yaranmasını daha yaxşı anlamağa kömək edəcək.

Türkan İsgəndərli

tag: Mars,Planet,Kainat,Yer,todaypress.tv,