Günəşdən böyük hissə qopdu

Maraqlı

12.12.2025 18:27

Günəşin səthindən iri ölçülü protuberans qoparaq kosmosa yayılıb və proses təxminən bir sutka davam edib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Bildirilib ki, Günəşin kənarında maddə və maqnit sahəsindən ibarət son dərəcə mürəkkəb və dolaşıq strukturun tam şəkildə “açılması” ulduzdan təxminən 24 saat vaxt aparıb.

Qeyd olunur ki, bir neçə gün əvvəl Günəşdə 15 dəqiqə davam edən güclü X sinifli Günəş alışması da qeydə alınıb. Alışma 4298 nömrəli Günəş ləkələri qrupunda müşahidə edilib.

Mütəxəssislərin izahına görə, Günəş alışması Günəşdə burulmuş maqnit sahələrində toplanan enerjinin qəfil azad olunması nəticəsində baş verən partlayışdır. Bu hadisə radio dalğalarından tutmuş rentgen və qamma şüalarına qədər elektromaqnit spektrinin bütün diapazonlarında güclü radiasiya axını yaradır.

Qiymət Mahir

tag: Günəş,Astronomiya,X ,Alışma,Todaypress.tv,