Marsdakı zolaqlar su ilə əlaqəli deyil – ARAŞDIRMA
Marsın səthindəki sirli qaranlıq zolaqların yaranma səbəbinin maye su olmadığı məlum olub.
TodayPress TV xəbər verir ki, bu barədə "Nature Communications" jurnalında dərc olunub.
Yeni araşdırma alimlərin bu istiqamətdə uzun illər davam edən fərziyyələrini alt-üst edib.
1970-ci illərdən bəri müşahidə edilən bu zolaqların yamaclardan aşağı axan maye su ilə əlaqəli olduğu düşünülürdü. Lakin Broun və Bern Universitetindən olan alimlər süni intellektin köməyi ilə 86.000-dən çox peyk görüntüsünü analiz edərək, Marsda 500 minə yaxın bu cür zolağın olduğunu müəyyənləşdiriblər.
Bildirilib ki, kiçik toz dənələri heç bir maye olmadan axına bənzər nümunələr yarada bilər.
Alimlərin fikrincə, bu strukturlar maili yamaclardakı torpaq və süxurların hərəkəti, küləyin toz hissəciklərini hərəkətə gətirməsi və ya zəlzələlərin yaratdığı təsirlərlə formalaşa bilər.
Tədqiqatçılar bildirirlər ki, bu nəticələr Marsın səthində hələ də maye suyun mövcud olması ehtimalına ciddi zərbə vurur.
Türkan İsgəndərli
tag: Mars,Planet,Kainat,Su,Yer,todaypress.tv,