Sara Dzafçe irqçilikdə ttiham olunaraq tacından məhrum edildi

Maraqlı

11.12.2025 23:50

Finlandiya gözəli Sara Dzafçe irqçilikdə ittiham olunaraq gözəllik kraliçası tacını itirib.

TodayPress TV  xəbər verir ki, bu barədə "Miss Finlandiya" müsabiqəsinin təşkilat komitəsi məlumat yayıb.

Qalib titulu müsabiqənin digər iştirakçısı Tara Lextonenə verilib.

Məlumata görə, Dzafçe "Jodel" mesajlaşma proqramında barmaqları ilə gözlərini qıymış vəziyyətdə foto paylaşdıqdan sonra irqçilikdə günahlandırılıb. O, başlıqda "Çinli oğlanla yemək" yazıb.

Görüntülər Asiya xalqlarının ələ salınması kimi şərh olunub.

"Miss Finlandiya"nın təşkilatçıları heç bir formada irqçilik və ya ayrı-seçkilik davranışının qəbul edilmədiyini açıqlayıblar.

Təşkilatçılar baş verənlərə görə üzr istəyib və fəaliyyətlərində hörmət, bərabərlik, məsuliyyət və insan ləyaqəti prinsiplərini rəhbər tutduqlarını bəyan ediblər.

TodayPress TV

tag: Finlandiya ,Sara Dzafçe,iİqçilik,Tac, todaypress.tv,