Qədim Yunanıstanda noutbuk olub? Alimlər iddiaya cavab verdi

Qədim Yunanıstanda noutbuk olub? Alimlər iddiaya cavab verdi
25.07.2026 05:17 Maraqlı

Sosial şəbəkələrdə eramızdan əvvəl təxminən 100-cü ilə aid qədim yunan barelyefindəki bir əşyanın noutbuka bənzədiyi iddiası geniş müzakirələrə səbəb olub. 

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.

Söhbət taxtda əyləşən qadının qarşısında xidmətçinin tutduğu qapaqlı düzbucaqlı əşyadan gedir. Bəzi istifadəçilər onu noutbuka, hətta kənarındakı oyuqları USB girişlərinə bənzədiblər və bunu “zamanda səyahət” nəzəriyyəsi ilə əlaqələndiriblər.

Lakin muzey mütəxəssisləri bildiriblər ki, sözügedən əşya sadəcə zinət əşyalarının saxlanıldığı qutudur. Onların sözlərinə görə, qədim yunan incəsənətində buna bənzər təsvirlərə tez-tez rast gəlinir.

Tarixçilər əlavə ediblər ki, qədim yunan vazalarında noutbuka bənzədilən digər əşyalar isə əslində həmin dövrdə yazı yazmaq üçün istifadə olunan mum lövhələridir. Buna görə də alimlər bu görüntülərin zamanda səyahətin sübutu olmadığını vurğulayırlar

XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər