Qadınlar kişilərdən daha sağlam qocalır

Qadınlar kişilərdən daha sağlam qocalır
23.09.2025 19:00 Maraqlı

Qadınlar yaşlandıqca kişilərlə müqayisədə 29% daha sağlam qocalma göstəricisinə sahibdir. 

TodayPress TV xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Alimlər 50 yaşdan yuxarı 7000-dən çox könüllünün sağlamlıq vəziyyətini və həyat tərzini araşdırıblar. 

Təhlil nəticəsində sağlam və effektiv qocalmaya təsir edən dörd əsas amil müəyyən olunub:

Xroniki xəstəliklərin olmaması,

Sabit psixi sağlamlıq,

Beyin funksiyalarının qorunması,

Müntəzəm sosial ünsiyyət.

Bundan əlavə, alimlər müəyyən ediblər ki, sağlam həyat tərzi keçirən insanların yaxşı qocalma ehtimalı 3,5 dəfə yüksəkdir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər