Qadın qeyri-adi üsulla ƏR AXTARIR: 4000 müraciət alıb

Qadın qeyri-adi üsulla ƏR AXTARIR: 4000 müraciət alıb
20.02.2026 19:15 Maraqlı

ABŞ-nin 42 yaşlı sakini Lisa Katalano öz ərini tapmaq üçün "marrylisa.com" veb saytını işə salıb və reklam lövhələri, həmçinin taksilər vasitəsilə kampaniya aparıb.

TodayPress TV xəbər verir ki, 2025-ci ilin payızında başlayan “Mənimlə evlən” kampaniyası nəticəsində o, 4000-dən çox müraciət alıb.

Katalano əvvəllər ciddi xəstəlik səbəbindən sevgilisini itirib. İndi 35-47 yaşlı və Kaliforniyada yaşamaq kimi meyarlara əsasən namizədləri seçir. 4000 müraciətdən 20-si seçilib və beş kişi görüşlərə dəvət olunub.

Katalano ideal namizədin hələ tapılmadığını və xeyli xərclərə baxmayaraq axtarışın davam etdiyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər