Polşa və Latviya istiqamətində yük axını artacaq

Polşa və Latviya istiqamətində yük axını artacaq
29.10.2025 18:30 Maraqlı

Belarus Dövlət Gömrük Komitəsi Litva hökumətinin sərhədi bir ay müddətinə bağlamaq qərarından sonra Polşa və Latviya istiqamətində yük axınının artacağına hazır olduğunu bildirib.

TodayPress TV xəbər verir ki, Litva hakimiyyəti Belarusla avtomobil sərhədinin bağlanmasını 30 noyabra qədər uzadıb.

27 oktyabrdan qüvvədə olan qaydalara əsasən, “Şalçinininkay” keçid məntəqəsində hərəkət tamamilə dayandırılıb, “Medininkay” isə yalnız müəyyən kateqoriyalı şəxslər üçün açıqdır.

Belarus gömrüyünün məlumatına görə, 29 oktyabrda “Kamenniy Loq” keçid məntəqəsindən Litvaya cəmi iki yük maşını buraxılıb. Qurum hesab edir ki, bu vəziyyət Litva və Avropa İttifaqı biznesini Polşa və Latviya istiqamətlərinə yönəlməyə məcbur edəcək ki, bu da əlavə maliyyə və vaxt itkilərinə səbəb olacaq.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər