Planetlər Günəş ətrafında düzülür

Maraqlı

16.01.2026 19:45

Planetlər əsas ulduz olan Günəşin ətrafında toplaşmağa davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası özünün "Telegram" kanalında məlumat yayıb.

Kosmosdan əldə edilən görüntülərə əsasən, Yerə ən yaxın üç planet – Merkuri, Venera və Mars artıq görünməyə başlayıb.

Məlumatda bildirilir ki, bu əsr üçün nadir sayılan planet paradının kulminasiya nöqtəsi 21-22 yanvar tarixlərində gözlənilir.

Laboratoriyanın açıqlamasına görə, Merkuri Günəşə daha da yaxınlaşdıqda simmetrik bir konfiqurasiya yaranacaq. Nəticədə dörd səma cisminin formalaşdırdığı “xaç” görünəcək: Günəş və Merkuri şaquli oxu, Venera və Mars isə üfüqi oxu təşkil edəcək.

Türkan İsgəndərli

TodayPress TV

tag: Günəş,Planet,Sistem,Ulduz,Todaypress.tv,