Pinqvinləri izləmək artıq çox asandır - Yeni ixtira maraq doğurdu
Alimlər pinqvinləri izləmək üçün yeni texnologiya hazırlayıblar.
TodayPress TV xəbər verir ki, Cənubi Corciya yaxınlığındakı Berd adasında günəş enerjisi ilə işləyən avtomatik çəki platforması quraşdırılıb.
Məlumata görə, platformadan keçən pinqvinlərin mikroçipləri oxunur və onların çəkisi avtomatik qeydə alınır. Bununla da alimlər quşları tutmadan onların sağlamlıq vəziyyətini izləyə bilirlər.
Qeyd olunub ki, yeni sistem həm pinqvinlərdə stress yaratmır, həm də onların təbii həyatına müdaxilə etmədən daha dəqiq məlumatların toplanmasına imkan verir.