Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş
Son illər dünyada valideynlər övladlarına ad seçərkən numerologiyaya daha çox müraciət edirlər. Numerologiya tərəfdarlarının fikrincə, adlarda yer alan bəzi hərflər insanın xarakterinə, uğuruna və maddi rifahına təsir göstərə bilər.
TodayPress TV xəbər verir ki, bu yanaşmaya əsasən, C (K), G, L və S hərfləri bolluq, firavanlıq və uğurun simvolu hesab olunur. İddia edilir ki, bu hərfləri daşıyan adlar insanın özünəinamını artırır, şəxsi inkişafına və maliyyə imkanlarına müsbət təsir göstərir.