Okeanın dibində “ölüm zonaları” tapıldı

Okeanın dibində “ölüm zonaları” tapıldı
04.08.2026 06:01 Maraqlı

ABŞ-nin Los-Anceles sahillərində okeanın dibini araşdıran alimlər ətrafında ağ halqalar yaranmış minlərlə çəllək aşkar ediblər.

TodayPress TV xəbər verir ki, tədqiqat zamanı bəzi çəlləklərin ətrafında sualtı canlıların əksəriyyətinin yaşaya bilmədiyi “ölüm zonaları”nın formalaşdığı müəyyənləşib.

Alimlər çəlləklərin ətrafındakı çöküntülərdə pH səviyyəsinin 12-yə çatdığını bildiriblər. Bunun yüksək dərəcədə qələvi və aşındırıcı tullantıların mövcudluğuna işarə etdiyi qeyd olunur.

Məlumata görə, 2020-ci ildən aparılan araşdırmalarda təxminən 27 min çəllək formalı obyekt və 100 mindən çox qalıq aşkarlanıb.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər