Nəsli kəsilmiş nəhəng ayı növü aşkar edildi
Alimlər Rusiyada təxminən 5-6 milyon il əvvəl yaşamış "Huracanus borisiaca" adlı nəsli kəsilmiş nəhəng ayının yeni növünü müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "Gazete" məlumat yayıb.
Məlumata görə, bu ayı növü çəkisinə görə 700 kiloqramdan çox olan ən iri müasir qonur ayılarla müqayisə oluna bilər.
Tədqiqatçılar qeyd ediblər ki, "Huracanus borisiaca" iri, aktiv və sürətlə qaçmağa qadir yırtıcı olub. Onun qalıqları Stavropol diyarında tapılıb.
Türkan İsgəndərli