Nəhəng planet orbitindən çıxır

Maraqlı

16.07.2025 19:00

Avstraliyanın Makaore Universitetinin alimləri nəhəng "TOI-2109b" ekzoplanetinin öz ulduzuna yaxınlaşdığını və orbitini sürətlə itirdiyini müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, bu planet “ultra isti Yupiterlər” sinfinə aiddir və ulduz ətrafında bir dövrəni cəmi 16 saata tamamlayır.

Bu, həmin planetlər üçün rekord göstəricidir. "TOI-2109b" Yerdən 870 işıq ili uzaqlıqda yerləşir, Yupiterdən beş dəfə ağır və iki dəfə böyükdür. Alimlər bildirirlər ki, planetin orbital dövrü zamanla qısalır. Modellərə görə, növbəti üç ildə orbit ən azı 10 saniyə kiçiləcək.

Tədqiqatçılar planetin sonrakı taleyi ilə bağlı üç ssenarini nəzərdən keçirirlər: Planet gelgit qüvvələrinin təsiri ilə parçalana bilər, öz ulduzuna çırpıla bilər, xarici qaz təbəqəsini itirib yalnız qayalı nüvəsi qala bilər.

Alimlər bu nadir hadisəni müşahidə etməyə davam edəcəklər və bunun, real vaxtda bir planet sisteminin son mərhələsini izləməyə imkan verəcəyi gözlənilir.

Türkan İsgəndərli

tag: Planet,Qalaktika,Orbit,Ulduz,Todaypress.tv,