Qrenlandiyada istilər səbəbindən buzlaqlar sürətlə əriyir
Maraqlı
11.06.2025 10:40
May ayında Qrenlandiyada müşahidə olunan istilik dalğası nəticəsində buz örtüyü əvvəlki illərlə müqayisədə 17 dəfə daha sürətlə əriyib.
TodayPress TV xəbər verir ki, bu barədə beynəlxalq "World Weather Attribution" (WWA) tədqiqat qrupu hesabat yayıb.
“Bu, o deməkdir ki, istilik dalğası olmasaydı, Qrenlandiya buzlaqlarının əriməsinin dəniz səviyyəsinin qalxmasına təsiri bu qədər güclü olmazdı”, - London İmperial Kollecinin iqlim elmləri üzrə dosenti, hesabat müəlliflərindən biri Friderike Otto bildirib.
May ayı qeyri-adi istilərlə yadda qalıb. Qonşu İslandiyada havanın temperaturu bəzi bölgələrdə 26 dərəcəni keçib ki, bu da bölgə üçün son dərəcə nadir haldır.
“Əgər iqlim dəyişikliyi olmasaydı, belə ekstremal temperatur qeydə alınmazdı”, - deyə Friderike Otto əlavə edib.
Qeyd edək ki, Arktika bölgəsi Yer kürəsində iqlim dəyişikliyindən ən çox təsirlənən regiondur. Əvvəlki araşdırmalara görə, 1979-cu ildən bu yana Arktika dünyanın digər bölgələrindən dörd dəfə daha sürətlə isinməkdədir.
Töhfə Səməd
tag: Qrenlandiya,İstilik,Ərimə,Buzlaq,World Weather Attribution,todaypress.tv,