Mikrodalğalı sobanın təhlükələri: Hansı yeməklərə diqqət edilməlidir?

Maraqlı

26.09.2025 18:15

Mikrodalğalı soba həyatı asanlaşdırsa da, düzgün istifadə olunmadıqda ciddi risklər yarada bilər.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, mütəxəssislər xüsusilə yumurta, kartof və yağlı yeməklərin mikrodalğalı sobada təhlükəli olduğunu bildirir.

Yumurta: Qabığı ilə mikrodalğalı sobaya qoyulan yumurta yüksək istilik nəticəsində içində təzyiq yaranaraq partlaya bilər. Bu, sobaya zərər verə və yanıq riskini artıra bilər.

Kartof: Soyulmamış kartoflar da partlama riski daşıyır. Düzgün isidilmədikdə botulinum bakteriyası əriyərək zəhərlənməyə səbəb ola bilər.

Yağlı yeməklər: Souslu yeməklər və yağlı ətlər mikrodalğalı sobada çox isinərək yanğın riski yaradır və zərərli kimyəvi maddələr meydana çıxara bilər.

O cümlədən plastik qablar isə “mikrodalğa üçün uyğundur” işarəsi yoxdursa, zərərli maddələr buraxa bilər.

Qeyd olunur ki, yeməkləri buxar çıxışına icazə verən qapaqlı qablarla isidin və ara-sıra qarışdırın. Mikrodalğalı sobanın istifadə təlimatını oxumaq mümkün qəzaları önləməyə kömək edir.

Jalə Rövşən

TodayPress TV

tag: Soba,Yemək,Zərər,Mikrodaldağlı,Todaypress.tv,