NASA ayda təkanları araşdıracaq
Maraqlı
19.08.2025 19:45
NASA "Apollon" missiyalarından toplanan məlumatlarla və "Lunar Reconnaissance Orbiter" (LRO) peykinin son görüntüləri əsasında Ayda baş verə biləcək təkanları proqnozlaşdırmaq üçün tədqiqat aparır.
TodayPress TV xəbər verir ki, bu araşdırmaların məqsədi "Artemida III" missiyası çərçivəsində Ayın cənub qütbünə göndəriləcək astronavtların təhlükəsizliyini təmin etməkdir.
Məlumata görə, 1969-1977-ci illərdə Ayda yerləşdirilən seysmometrlər minlərlə təkanı qeydə alıb. NASA bu məlumatları təhlil edərək Ayda aktiv qırılma xətlərinin hələ də mövcud olduğunu müəyyənləşdirib.
Araşdırmalarda bəlli olub ki, bəzi bölgələrdə böyük qaya sürüşmələri hər 5,6 milyon ildən bir baş verən, 3 bal gücündə zəlzələlərlə əlaqəlidir.
Aydakı təkanlar Yer kürəsindəki qədər güclü olmasa da, saatlarla davam edə bilir. Bu isə gələcəkdə Ayda qurulacaq bazalar və astronavtlar üçün risk yaradır.
NASA yaxın illərdə Ayın uzaq tərəfi və cənub qütbündə yeni seysmometrlər quraşdırmağı planlaşdırır.
Türkan İsgəndərli
tag: NASA,Planet,Yer,Qalaktika,Todaypress.tv,