Nadir Sumatra pişikləri yenidən göründü

Maraqlı

01.01.2026 19:30

Tailandın cənub hissəsində 30 ildən sonra nadir Sumatra pişikləri müşahidə olunub. 

TodayPress TV xəbər verir ki, bu barədə “IFLScience” məlumat yayıb.

Sumatra pişikləri bölgədə sonuncu dəfə 1995-ci ildə qeydə alınmışdı və uzun müddət nəsli tükənmiş hesab olunurdu. "Panthera Thailand" qoruma proqramının meneceri Rattapan Pattanarangsana bildirib ki, aparılan planlı tədqiqatlar nəticəsində növün mövcudluğu təsdiqlənib.

Məlumata görə, 2024-cü ildə 13, 2025-ci ildə isə 16 Sumatra pişiyi qeydə alınıb. Bala ilə bir dişi pişiyin müşahidə edilməsi populyasiyanın hələ də çoxaldığını göstərir.

Qeyd edək ki, Sumatra pişikləri gecə aktiv olan və sıx bitki örtüyündə yaşayan nadir heyvanlardır. Alimlərin qiymətləndirməsinə görə, dünyada onların sayı təxminən 2 500-dür. Beynəlxalq Təbiəti Qoruma Birliyi bu növü nəsli tükənmə təhlükəsi altında olan heyvanlar siyahısına daxil edib.

TodayPress TV

tag: Tailand,Sumatra,Pişik,Todaypress.tv,