Nadir avtomobillərdən ibarət kolleksiya satışa çıxarılır
Maraqlı
14.01.2026 19:30
“RM Sotheby’s” yanvarın 23-də Arizonada doqquz nadir avtomobil modelindən ibarət kolleksiyanın hərracını keçirəcək.
TodayPress TV xəbər verir ki, “Longhorn” kolleksiyasına “Ferrari”, “Lamborghini” və “Porsche” markalarının avtomobilləri daxildir və onların ümumi dəyəri 17 milyon dolları ötür.
Kolleksiyanın ən bahalı nümunələri iki “Ferrari” modelidir. 1995-ci il F50 superkarının 13 200 km yürüşü olub və onun 7-9 milyon dollar arasında satılacağı gözlənilir. Bu modeldən yalnız 349 ədəd istehsal olunub.
Daha yeni model isə 2015-ci il istehsalı “Ferrari LaFerrari”dir, yürüşü isə 3 100 km-dən bir qədər çoxdur. Onun satış qiymətinin 4.5-5 milyon dollar arasında olacağı proqnozlaşdırılır.
Türkan İsgəndərli
tag: Avtomobil,Kolleksiya,Satış,Nadir,Todaypress.tv,
