Misirdə 4300 illik unikal ailə heykəli tapıldı

Maraqlı

26.09.2025 19:45

Arxeoloqlar Misirin Saqqara bölgəsində təxminən 4300 il əvvələ - Köhnə Krallıq dövrünə aid nadir ailə heykəli aşkar ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat “Journal of Egyptian Archaeology” jurnalında dərc olunub.

Heykəl ona görə qeyri-adi sayılır ki, burada təkcə ər-arvad deyil, həm də onların qızının fiquru təsvir olunub. Qızın təsviri yüksək relyeflə səthin üzərinə “birləşmiş” şəkildə hazırlanıb, bu isə onu digər fiqurlardan fərqləndirir.

Alimlər bu tip ailə təsvirinə qədim Misir incəsənətində indiyə qədər rast gəlinmədiyini bildirirlər. Heykəldə heroqlif yazıları da qorunub saxlanılıb. Kişiyə “kahin-oxucu” və məmur, qadına isə “məşuqə” deyə müraciət olunur. Qızın adı da qeyd edilib, bu da onun kompozisiyaya daxil edilməsinin vacibliyini göstərir.

Tədqiqatçılar hesab edirlər ki, bu qeyri-adi təsvir ya qızın ailədəki xüsusi statusunu əks etdirir, ya da o dövr sənətkarlarının yeni bədii təcrübəyə cəhdini göstərir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Misir,Heykəl,Ailə,Heroqlif,Todaypress.tv,