Arılar dünyada ilk dəfə rəsmi hüquqi status əldə etdi
Maraqlı
31.12.2025 19:30
Peru Amazonundan olan sancmayan arılar mövcud olmaq, qorunmaq və inkişaf etmək üçün rəsmi qanuni hüquqlar qazanan dünyada ilk həşəratlar olub.
TodayPress TV xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Məlumata görə, sözügedən arılar qorunmalı növlərin beynəlxalq Qırmızı Siyahısına daxil edilib. Yerli xalqlar tərəfindən Kolumbdan əvvəlki dövrlərdən bəri yetişdirilən bu neştərsiz arılar tropik meşələrin əsas tozlayıcıları hesab olunur.
Mütəxəssislərin fikrincə, sancmayan arılar biomüxtəlifliyin qorunmasında və ekosistemlərin sağlamlığının təmin edilməsində mühüm rol oynayır. Onların fəaliyyəti meşə ekosistemlərinin davamlılığı üçün həyati əhəmiyyət daşıyır.
Qeyd olunur ki, son illərə qədər bu həşəratların mövcudluğu ciddi təhlükə altında idi. İqlim dəyişikliyi, meşələrin qırılması və pestisidlərdən geniş istifadə arı populyasiyasının kəskin azalmasına səbəb olub. Bununla yanaşı, onlar Avropada geniş yayılmış adi neştərli arılarla da rəqabət aparmaq məcburiyyətindədirlər.
Alimlər və ekoloqlar bu qərarın digər həşərat növlərinin də qorunması üçün presedent yarada biləcəyini bildirirlər.
Türkan İsgəndərli
tag: Arı,Peru,Status,Sancmayan,Todaypress.tv,
