Kosmik fənər kainatın gizli tərəflərini üzə çıxardı
Maraqlı
22.10.2025 19:45
Beynəlxalq alimlər qrupu ulduz diskinin indiyə qədər qeydə alınmış ən dəqiq görüntüsünü yaratmağa imkan verən yeni texnologiya hazırlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə tədqiqat "The Astrophysical Journal Letters" jurnalında dərc olunub.
Bu nailiyyətin əsasını “fotonik fənər” adlı cihaz təşkil edir. O, ulduz işığını müxtəlif kanallara ayıraraq ən incə detalları qoruyur. Alimlər Havaydakı 8 metrlik Subaru Teleskopu vasitəsilə çox yüksək dəqiqliklə görüntü əldə ediblər. Adətən belə dəqiqlik üçün bir neçə teleskopdan istifadə olunur.
Tədqiqatçılar bu üsulla 162 işıq ili uzaqlıqdakı "Beta Canis Minoris" ulduzunu müşahidə ediblər. Ulduz ətrafında yerləşən hidrogen diskinin asimmetrik – yəni bir tərəfinin digərindən daha parlaq və sıx olduğu müəyyən olunub.
Alimlər bildiriblər ki, bu texnologiya ekzoplanetlər, ulduz diskləri və qalaktik nüvələr kimi kosmosun daha əvvəl müşahidə edilə bilməyən hissələrini araşdırmağa imkan verəcək.
Türkan İsgəndərli
tag: Ulduz,Kosmik,Teleskop,Orbit,Todaypress.tv,
