Hansı ayda doğulan uşaqlar daha ağıllı olur?
Maraqlı
16.08.2025 19:15
Aparılan araşdırmalarda doğum ayı ilə uşaqların zehni inkişafı arasında
maraqlı əlaqə olduğu aşkarlanıb.
TodayPress TV xəbər verir ki, təxminən 1 milyon şagirdin məlumatlarının
təhlili nəticəsində sentyabr ayında doğulan uşaqların akademik göstəricilərinin
digər aylarda doğulanlara nisbətən daha yüksək olduğu müəyyən edilib.
Araşdırmaya görə, sentyabrda doğulanlar həm orta
məktəb, həm də universitet səviyyəsində ən yaxşı qiymətlərə sahib olurlar.
Digər tərəfdən, avqustda doğulan uşaqlar isə daha çox idman sahəsində
fərqlənirlər. Futbol və basketbol kimi komandaya əsaslanan idman növlərində
ulduz idmançıların çoxu avqustda doğulub.
ABŞ Milli İqtisadi Araşdırma Bürosunun
məlumatına əsasən, ölkədə uşaqlar 6 yaşında məktəbə başlayır və sentyabr–dekabr
aylarında doğulanlar sinif yoldaşlarından yaşca daha böyük olduqları üçün
məktəbdə daha sürətli inkişaf göstərə bilirlər.
Tədqiqatçılar vurğulayırlar ki, doğum ayı yalnız bürc və təqvimlə bağlı deyil, həmçinin uşağın zəkası, təhsil uğuru və hətta ömür uzunluğu ilə də əlaqəli ola bilər. Digər tədqiqatlarda payız və qış aylarında doğulanların yaz və yay aylarında doğulanlara nisbətən daha uzun ömür sürdüyü qeyd olunub.
Türkan İsgəndərli
tag: Ay,Uşaq,Ağıl,Doğum,Todaypress.tv,