Meşədə ayı ilə qarşılaşsanız, bunları etməyin
Meşədə ayı ilə qarşılaşmaq təhlükəli vəziyyət yarada bilər.
TodayPress TV xəbər verir ki, mütəxəssislər belə hallarda ən vacib məqamın panikaya düşməmək və heyvanı təqibə sövq edəcək hərəkətlərdən çəkinmək olduğunu bildirirlər.
Əgər ayı sizi görüb, lakin üzərinizə gəlmirsə, qaçmayın. Ayılar insanlardan daha sürətli hərəkət edə bilir və qaçmaq heyvanın sizi təqib etməsinə səbəb ola bilər.
Sakit qalaraq normal səslə danışmaq tövsiyə olunur. Bu, ayının qarşındakının insan olduğunu anlamasına kömək edə bilər. Ardınca tədricən və yavaş şəkildə geri çəkilmək, heyvana yaxınlaşmamaq və onun hərəkət istiqamətini bağlamamaq lazımdır.
Mütəxəssislər xüsusilə ayını foto və ya video çəkmək üçün yaxınlaşmamağı, heyvana arxa çevirməməyi və qəfil hərəkətlər etməməyi məsləhət görürlər.
Ayının arxa ayaqları üzərində qalxması isə hər zaman hücum edəcəyi anlamına gəlmir. Heyvan bu vəziyyətdə ətrafı daha yaxşı görməyə və ya insanın qoxusunu müəyyən etməyə çalışa bilər.
Ən doğru davranış sakitliyi qorumaq, yavaş-yavaş uzaqlaşmaq və ayıya kifayət qədər məsafə saxlamaqdır.
Türkan İsgəndərli