Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu

Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu
14.06.2026 23:15 Maraqlı

Özbəkistanda təşkil olunan "UzChess Cup" ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.

TodayPress TV xəbər verir ki, son tur ərəfəsində "Challenge" bölməsində qalib məlum olub.

Yeddi turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.

M.Muradlı nəticədən asılı olmayaraq yarışda birinci pilləni qoruyacaq.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər