Keniyada tapılan 1,4 milyon illik ayaq izləri alimləri təəccübləndirdi
Keniyanın Turkana gölü sahilində aşkarlanan 1,4 milyon illik fosil ayaq izləri insanın qədim qohumlarından biri olan “Paranthropus boisei” haqqında təsəvvürləri dəyişib.
TodayPress TV xəbər verir ki, ABŞ və Keniyadan olan alimlər səkkiz fərdin buraxdığı 21 ayaq izini araşdıraraq onların əvvəllər düşünüldüyündən daha iri bədən quruluşuna malik olduğunu müəyyən ediblər.
Tədqiqat həmçinin göstərib ki, bu qədim homininlər əsasən yetkin erkəklərdən ibarət qruplar halında hərəkət ediblər ki, bu da onların mürəkkəb sosial quruluşa sahib olduqlarını göstərir.