Kabus kimi şöhrət qazanan pab satışa çıxarıldı: İçəridə “ruh” peyda olur

Kabus kimi şöhrət qazanan pab satışa çıxarıldı: İçəridə “ruh” peyda olur
15.09.2026 07:00 Maraqlı

İngiltərənin Kent qraflığında paranormal hadisələrlə bağlı şöhrət qazanan “The George Inn” pabı hərraca çıxarılıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Metro” məlumat yayıb.

Kenterberidən uzaqda yerləşən Stelling-Minnis kəndindəki pabın uzun illərdir “ruhların məskəni” olduğu iddia edilir. Ziyarətçilərin sözlərinə görə, binanın yaxınlığında mütəmadi olaraq boğuq at nalı səsləri eşidilir.

Yerli sakinlərin bir qismi bu səsləri 1170-ci ildə Kenterberi kafedralında arxiyepiskop Tomas Beketi öldürən dörd cəngavərlə əlaqələndirir. İddiaya görə, cəngavərlər həmin gün gələcək pabın yerləşəcəyi ərazinin yaxınlığındakı yoldan keçiblər.

Pabın ziyarətçiləri XVIII əsr geyimində olan bir insan fiqurunu da gördüklərini bildiriblər. Onların sözlərinə görə, müəmmalı fiqur “qara ruh iti” ilə birlikdə binanın daxilində peyda olub.

XIX əsrdə inşa edilən bina tarixi abidə statusuna malikdir. Paranormal hadisələri araşdıran şəxslər isə sözügedən fiqurun pabın keçmiş sahibi və ya daimi müştərilərindən birinin ruhu ola biləcəyini ehtimal edirlər.

Pab sahiblərinin biznesdən çıxmaq qərarından sonra bu ilin əvvəlində fəaliyyətini dayandırıb. Obyektin ilkin satış qiyməti 320 min funt sterlinq müəyyən edilib.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər