İtin yaşını hesablamaq üçün yeni üsul təklif edildi

Maraqlı

10.01.2026 19:00

Bir qrup alim itin yaşını insan illəri ilə daha dəqiq hesablamaq üçün yeni metod irəli sürüb.

TodayPress TV xəbər verir ki, əvvəllər geniş istifadə olunan “itin yaşını yeddiyə vurmaq” qaydasının çox sadələşdirilmiş olduğu bildirilib.

Məlumata görə, alimlər tədqiqatda yaşlanmanı izləmək üçün epigenetik DNT markerlərinə əsaslanan “metilləşmə saatı” metodundan istifadə ediblər. Bu markerlər orqanizmdə yaşla birlikdə dəyişir və bioloji yaşı daha dəqiq müəyyən etməyə imkan verir.

Araşdırma göstərib ki, itlər həyatın ilk illərində çox sürətlə böyüyür, lakin təxminən dörd yaşdan sonra qocalma prosesi xeyli yavaşlayır. Alimlər itlər və insanlar arasında yaşla dəyişən oxşar DNT bölgələri aşkar ediblər, lakin bu uyğunluğun xətti olmadığı və cinsdən, eləcə də fərdi xüsusiyyətlərdən asılı olduğu vurğulanıb.

Mütəxəssislər itin yaşını insan yaşı ilə müqayisə etmək üçün yeni düstur təklif ediblər:

İnsan yaşı = 16 × ln (itin yaşı) + 31.

Bu düstura əsasən, 1 yaşlı it təxminən 31 yaşlı, 4 yaşlı it isə 52 yaşlı insanla müqayisə oluna bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: İt,Yaş,İnsan,Düstur,Todaypress.tv,