İtaliyada ata–qız insestinin ən qədim sübutu aşkarlandı
Maraqlı
21.12.2025 16:00
Alimlər İtaliyada ata ilə qızı arasında baş vermiş insestin indiyədək məlum olan ən qədim arxeoloji sübutunu aşkarlayıblar.
TodayPress TV xəbər verir ki, "Live Science" nəşrinin yazdığına görə, tapıntı İtaliyanın cənubunda, Kalabriya bölgəsində yerləşən Grotta della Monaca mağarasında aparılan tədqiqatlar zamanı üzə çıxıb.
Bürünc dövrünə (e.ə. 1780–1380-ci illər) aid bu ərazidə tapılan 23 nəfərin qalıqları üzərində aparılan DNT analizləri gözlənilməz nəticə verib.
Genetik araşdırmalar zamanı bir yeniyetmənin genomunda çox uzun homozigot sahələr müəyyən edilib. Bu isə valideynlər arasında son dərəcə yaxın qohumluğun göstəricisidir. Əlavə testlər həmin şəxsin bir kişinin öz qızından olan oğlu olduğunu təsdiqləyib. Bu fakt birinci dərəcəli qohumlar — ata və qız arasında insest deməkdir və arxeoloji materiallarda olduqca nadir hal sayılır.
Tədqiqatçılar bildirirlər ki, maraqlıdır, bu cür əlaqələr adətən ağır genetik fəsadlar yaratsa da, tapılan yeniyetmədə ciddi irsi xəstəlik izləri aşkarlanmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi isə hələ də məlum deyil.
Alimlərin fikrincə, bu kəşf Bürünc dövrü cəmiyyətlərinin sosial və ailə münasibətləri barədə mövcud təsəvvürlərin yenidən qiymətləndirilməsinə imkan yaradır.
Qiymət Mahir
tag: Alim,İtaliya,Ata,Qız,Todaypress.tv,
