İslandiyanın gözəlliyinə çevrilən bu gül indi ölkə üçün təhlükə sayılır
1945-ci ildə torpaq eroziyasının qarşısını almaq üçün İslandiyaya gətirilən Alyaska lyupini bu gün ölkənin ən təhlükəli invaziv bitkilərindən biri hesab olunur.
TodayPress TV xəbər verir ki, alimlərin araşdırmasına görə, bitki deqradasiyaya uğramış torpaqların bərpasına kömək etsə də, sürətlə yayılaraq yerli bitki növlərini sıxışdırır və ekosistemləri dəyişdirir.
Mütəxəssislər bildirirlər ki, iqlim dəyişikliyi səbəbindən bu bitkinin yayılma arealı gələcəkdə daha da genişlənə və İslandiyanın biomüxtəlifliyi üçün təhlükəni artıra bilər.