İqlim dəyişikliyi sümükləri əridir - ARAŞDIRMA
Maraqlı
11.03.2026 12:14
İqlim dəyişikliyi və atmosferdə karbon qazının artması insan sümüklərinin əriməsinə səbəb olur.
TodayPress TV xəbər verir ki, bu barədə "Air Quality, Atmosphere & Health" jurnalında dərc olunub.
Avstraliyalı tədqiqatçılar Aleksandr Larkomb və Fil Biervirt 1999–2020-ci illər arasında ABŞ yetkinlərinin qan məlumatlarını araşdırıb. Nəticələrə görə, qanda bikarbonat səviyyəsi 20 il ərzində 7% artıb ki, bu da atmosferdə karbon qazının artmasına bərabərdir.
Bikarbonat səviyyəsi yüksəldikcə, sümük sağlamlığı üçün vacib olan kalsium və fosfor miqdarı azalır. Bədən karbon qazını udmaq üçün sümüklərdəki mineralları “qurban verir”. Normal şəraitdə sümüklər bu mineralları bərpa edə bilsə də, artan karbon səviyyələri uzunmüddətli mineral itkisinə səbəb olur.
Tədqiqatçıların xəbərdarlığına görə, əgər tendensiya davam edərsə, 50 il ərzində karbon səviyyəsi sağlam hesab edilən hədddən yüksək olacaq və sümüklərdə kalsium və fosfor minimum səviyyədən aşağı düşəcək. Bu isə skeletin zəifləməsi ilə nəticələnəcək və bütün insanların fiziologiyasına təsir göstərəcək.
Türkan İsgəndərli
tag: İqlim,Atmosfer,Sümük,Karbon,Todaypress.tv,
